Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının Xalq artisti ilə görüşü baş tutub. Bu haqda 29 fevral tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Niyazi Bayramov Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli professor Mənsum İbrahimovla görüşüb. O bildirib ki, muğamın təbliği və sevilməsi istiqamətində Xalq artisti Mənsum İbrahimov və həmkarlarının xidmətləri olduqca dəyərlidir.
Görüşdə Gəncə Dövlət Filarmoniyasının rəhbəri Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov, Xalq artisti Elçin Həşimov, Əməkdar artist, "Tərəqqi" medallı Elnur Əhmədov, Əməkdar artist Kamran Kərimov və Aparatın məsul əməkdaşları iştirak ediblər.