Gəncədə daha bir küçədə təmizlik işləri təşkil olunub. Bu haqda 21 sentyabr tarixində MKTİB-yə istinadən xəbər veririk.
Şəhərimizin Səbuhi Əliyev küçəsində təmizlik işləri aparılıb. Adıçəkilən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yollarda və səkilərdə olan kol-kos, alaq otları və məişət tullantıları təmizlənib. Yaşıllığa aqrotexniki qulluq göstərilib, suvarılıb, həmçinin dayanacaqlar yuyulub.
Qeyd edək ki, təmizlik aksiyası Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilib.
[modula id="46278"]