Gəncədə təltifetmə mərasimi keçirilib. Bu haqda 24 iyul tarixində Millət vəkili Müşfiq Cəfərova istinadən məlumat veririk.
Gənclər Evində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinin final mərhələsi təşkil olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının dəstəyi, Gənclər Evi və “BOKT Viator Mikrokredit Azərbaycan”ın təşkilatçılığı ilə baş tutub.
Burada ümumilikdə 50 nəfər iştirak edib. Sonda qaliblərə diplom, hədiyyə və pul mükafatı təqdim olunub.