Qazax rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, birinci qəza Daş Salahlı kəndində baş verib. Piyadanı avtomobil vurub. Nəticədə müxtəlif xəsarətlər alan 45 yaşlı Raul Binnətov xəstəxanaya çatdırılıb.
Digər yol-nəqliyyat hadisəsi isə Qazax şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Avtomobilin maneəyə çırpılması nəticəsində 3 nəfər - 22 yaşlı İslam Quliyev, 23 yaşlı Məmməd Məmmədəliyev, 16 yaşlı Sahib Quliyev xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.