Gəncənin iki mikrorayonunda qazın verilişi bərpa edilib. Bu haqda 27 iyun tarixində Report-a istinadən xəbər veririk.
Günorta saatlarında şəhərin 3-cü və 4-cü mikrorayon ərazilərində qazın verilişinin dayandırılması barədə məlumat paylaşmışdıq.
Hazırda 3-cü və 4-cü mikrorayon ərazilərində yaranmış fasilə aradan qaldırılıb.
Qeyd edək ki, yaranmış fasilə qaz təchizatında aparılan təmir işləri səbəbindən olub.