Gəncədə gənclər üçün təlim təşkil olunacaq. Bu haqda 29 iyun tarixində Maarif Evinə istinadən məlumat veririk.
Təlim “Qadınların Gücü” mövzusunda keçiriləcək. Tədbir 30 iyun tarixində saat 11:00-da Gəncə Maarif Evində baş tutacaq. Tədbirə hər kəs qatıla bilər, iştirak ödənişsizdir.
Qeyd edək ki, Maarif Evi Nizami Gəncəvi prospekti, 81 ünvanında yerləşir.