Gəncədə panel təşkil olunacaq. Bu haqda 4 mart tarixində “Art Garden Ganja”ya istinadən məlumat veririk.
“Qadının gücü: şiddət və zorakılığa son!” adlı tədbir 11 mart saat 12:00-da baş tutacaq. Danışıq paneli “Tush” kafesində keçiriləcək. Tədbiri Ümman Dəniz və Sünbül Məmmədova aparacaqlar.
Paneldə iştirak ödənişsizdir. Arzu edən hər kəs tədbirə qatıla bilər.