Gəncədə qəza zamanı zərər görmüş çəpər bərpa olunub. Bu haqda 2 mart tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
Bir neçə gün öncə şəhərin Heydər Əliyev prospektində baş verən qəza zamanı səki çəpəri əzilmişdi. MKTİB-nin Təmir-Tikinti və Qəza xidməti şöbəsinin əməkdaşları çəpərin bir hissəsini sökərək qurumun emalatxanasına aparmışdılar.
Həmin parça artıq mövcud vəziyyətinə gətirilərək öz yerinə bərpa edilib.