Gəncədə işıqforlardan biri fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 4 sentyabr tarixində məlumat veririk.
Söhbət şəhərin Üzeyir Hacıbəyov küçəsindən gedir. “Sultan” marketin yaxınlığında piyadalar üçün quraşdırılmış işıqforun təmirə ehtiyacı var. Hərəkət tənzimləyicisinin düyməsi naməlum şəxs tərəfindən qoparılıb.
Sakinlər bildirirlər ki, bu səbəbdən işıqfor yararsız hala düşüb.
“Uşaqlar yolu keçməkdə çətinlik çəkirlər. Bura çox hərəkət olan ərazidir. İşıqforun işlək vəziyyətə gətirilməsini arzu edirik”, - deyə onlar qeyd ediblər.
Qeyd edək ki, yaxınlıqda 7 nömrəli tam orta məktəb yerləşir.