Gəncədə piyada səkisi təmizlənib. Bu haqda Gencexeber.az-a 29 sentyabr tarixində məlumat daxil olub.
Söhbət Atatürk prospektindən gedir. Adıçəkilən əraziyə MKTİB-nin əməkdaşları cəlb olunublar. Piyada yoluna yığılmış ağacların budaqları yığışdırılıb. Ərazi səliqəyə salınıb.
Xatırladaq ki, bir müddət öncə həmin məsələ ilə bağlı xəbər paylaşmışdıq. Yığılmış budaqlar piyadaların hərəkətini qismən məhdudlaşdırırdı.