Gəncədə yaşıllaşdırma işləri aparılır. Bu haqda Gencexeber.az-a 13 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Xan bağından gedir. Əraziyə MKTİB-nin Yaşıllaşdırma şöbəsinin canlı qüvvəsi cəlb olunub. Qurumun əməkdaşları qurumuş gülləri çıxararaq yerinə yenilərini əkiblər.
Xatırladaq ki, bir müddət öncə şəhər ərazisində baxımsız qalan bitkilər haqda məlumat vermişdik.