Gəncədə parkın ərazisi zibillənib. Bu haqda Gencexeber.az-a 30 avqust tarixində məlumat daxil olub.
Bu hal “Xəmsə” bağında müşahidə olunur. Vəli Xuluflu və Nizami Gəncəvi küçələrinin kəsişməsində yerləşən istirahət guşəsinin bir hissəsinə məişət tullantıları atılıb.
“Parka istirahət üçün gələrkən kəskin qoxudan gəzə bilmirik. İstəyirik ki, ərazi təmizlənsin və bir daha belə hallar yaşanmasın”, – deyə narahat olan sakinlər bildiriblər.