Gəncədə bir küçədə hərəkət məhdudlaşdırılıb. Bu haqda Gencexeber.az-a 24 avqust tarixində məlumat daxil olub.
Bu hal şəhərin Nizami prospektində (köhnə Yevlax avtovağzalından Bayraq meydanına qədər olan ərazidə) müşahidə olunur. Burada asfaltlama işləri aparılır. Əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Bu səbəbdən adıçəkilən prospektdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.