Gəncə şəhərinin Nizami küçəsində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 15 avqust tarixində məlumat daxil olub.
Hadisə 41 saylı məktəbin önündə qeydə alınıb. Kanalizasiya quyusu daşıb və çirkab küçə boyunca axır. Əraziyə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. İşçilər borunu tullantılardan təmizləyirlər.