Gəncədə elmi konfrans baş tutub. Bu haqda 16 mart tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.
“Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda elmi-praktik konfrans İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi, Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir Nizami Gəncəvi Muzeyinin akt salonunda təşkil olunub.
Burada bir sıra şəxslər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Konfransda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra AMEA Gəncə Bölməsi tərəfindən hazırlanan, Heydər Əliyevin Nizami Gəncəvinin irsinin qorunması və dünya miqyasında təbliği üzrə strateji məqsədlərindən bəhs edən qısametrajlı sənədli film nümayiş olunub.
Musiqi məktəblərinin yaradıcı kollektivləri isə Nizaminin sözlərinə yazılan əsərlərin ifası ilə tədbiri daha da rəngarəng ediblər.