top
Niyazi Bayramov partlayıcı maddələr zavoduna baş çəkib
14 aprel 2023, 11:30
- +

Niyazi Bayramov partlayıcı maddələr zavoduna baş çəkib

Gəncədə icra başçısı partlayıcı maddələr zavodunda olub. Bu haqda 14 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Bir müddət öncə şəhərdə sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşası barədə məlumat vermişdik. Zavod “AzerGold” QSC-nin törəmə cəmiyyəti kimi “AzerBlast” MMC adı altında fəaliyyət göstərəcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları ilə birlikdə burada görülən işlərlə tanış olub.

“AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev Niyazi Bayramova layihə barədə ətraflı məlumat verib. O bildirib ki, illik istehsal gücü 31.000 ton həcmində planlaşdırılan zavodda xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri - H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisənin inşasının bu ilin sonunadək tamamlanması planlaşdırılır. Müəssisədə ilkin mərhələdə 30 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə bu sayın 60-a çatdırılması hədəflənir.

Qeyd edək ki, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı ölkəmizdə ilk dəfə təşkil edilir. Müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin açılmasıdır.

Son xəbərlər

Bizim fəxrimiz
Dünən, 16:16

Gəncəli güləşçi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Bütün xəbərlər
Dünən, 14:43

Gəncədə bu xəstəxana 1,1 milyon manata təmir olunur

Bütün xəbərlər
Dünən, 14:30

İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bizim fəxrimiz
Dünən, 13:36

Gəncəli tarix müəlliminin layihəsi BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 12:48

Avtobuslarda gedişhaqqı məsafəyə görə hesablanacaq

Bütün xəbərlər
Dünən, 11:05

Gəncədə zəncirvari qəza: 4 avtomobil toqquşdu

Bütün xəbərlər
Dünən, 09:37

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bütün xəbərlər
Dünən, 09:02

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün xəbərlər
Dünən, 08:47

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
31 iyul 2026, 18:00

Burun əməliyyatından sonra komaya düşən qızın həkimi HƏBS EDİLDİ

Bütün xəbərlər
31 iyul 2026, 17:24

Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... - Günahı ölən dostunun üstünə atıb

Bütün xəbərlər
31 iyul 2026, 16:49

Gəncədə qatar avtomobilə çırpılıb

Bütün xəbərlər
31 iyul 2026, 16:08

İxtisas qruplarında keçid BALLARI DƏYİŞƏCƏK - Məleykə Abbaszadə

Bütün xəbərlər
31 iyul 2026, 14:36

35 yaşlı narkotacir tutulub

Bütün xəbərlər
31 iyul 2026, 13:41

"Cücələrim" mahnısının bəstəkarı – Qəmbər Hüseynlinin anım günüdür

Bütün xəbərlər
31 iyul 2026, 11:03

Gəncə ilə Oş qardaş şəhər oldu

Bütün xəbərlər
31 iyul 2026, 10:22

Gəncə bulvarında uşaq meydançası nəzarətsiz qalıb

Bütün xəbərlər
31 iyul 2026, 09:34

Gəncədə doğuldu, Azərbaycanın hüquq tarixində iz qoydu

Bütün xəbərlər
30 iyul 2026, 16:38

Yeni asfaltlanan Cavad Rəfibəyli küçəsinin sol halı

Bütün xəbərlər
30 iyul 2026, 16:09

Toydan əvvəl ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri

Bütün xəbərlər
30 iyul 2026, 13:09

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
30 iyul 2026, 12:51

Gəncədə LAQEYDLİK piyadaların həyatını RİSKƏ ATIR

Bütün xəbərlər
30 iyul 2026, 12:04

Gəncədə neçə pensiyaçı var?

Bütün xəbərlər
30 iyul 2026, 11:22

Sabiq deputatımız iş tapa bilmir

Oxşar xəbərlər