Gəncədə ödənişsiz ingilis dili dərsi keçiriləcək. Bu haqda 22 iyun tarixində Gəncə Amerika Mərkəzinə istinadən məlumat veririk.
İngilis dili üzrə təşkil olunacaq danışıq klubu 22 iyun saat 12:00-da Gəncə Amerika Mərkəzində baş tutacaq. İştirakçılar burada müxtəlif mövzularda dialoqlar quraraq, dil biliklərini inkişaf etdirəcəklər.
Mərkəz Nizami, 81 ünvanında, Mərkəzi Kitabxanada yerləşir.
Əlaqə nömrələri: (022) 256-11-14; (055) 520-42-46 (WhatsApp).