Gəncədə Heydər Əliyevin yubileyinə həsr olunan növbəti konfrans baş tutub. Bu haqda 26 iyun tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilib. Burada icra başçısı Niyazi Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, professorlar, gənc alimlər, mütəxəssislər və ziyalılar iştirak ediblər.
İsa Həbibbəyli AMEA tərəfindən ilk dəfə olaraq, “Heydər Əliyev Ensiklopediyası”nın nəşrə hazırlandığını bildirib. Tədbirdə Niyazi Bayramov, Fuad Əliyev və başqalarının çıxışları olub.
Çıxışlardan sonra İsa Həbibbəyli tərəfindən qonaqlara yeni çapdan çıxmış Azərbaycanın “Qırmızı kitab”ı nəşri təqdim edilib. Konfransda gənc alimlərin və mütəxəssislərin məruzələri dinlənilib.
Tədbirin sonunda bir qrup gənc alim fəal iştiraklarına və məhsuldar tədqiqat fəaliyyətlərinə görə “Təşəkkürnamə”lərlə təltif olunub.