Gəncədə daha bir iməcilik təşkil olunub. Bu haqda 16 avqust tarixində MKTİB-yə istinadən xəbər veririk.
Təmizlik aksiyası şəhərin İsmət Qayıbov, Pişnamazzadə və Ruhulla Axundov küçələrində keçirilib. Adıçəkilən ərazilər mövcud kol-kos, alaq otları və məişət tullantılarından təmizlənib, zibil qutularının ətrafında səliqə-səhman yaradılıb, həmçinin mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, iməcilik Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası tərəfindən təşkil olunub.