Gəncədə daha bir ərazidə işıqfor fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 14 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin “Şəmkir avtovağzalı” adlanan ərazisində müşahidə olunur. Sakinlərin sözlərinə görə, burada yerləşən hərəkət tənzimləyiciləri bir neçə saatdır işləmir. Nəticədə adıçəkilən ərazidə sıxlıq müşahidə olunur.
Xatırladaq ki, ötən gün Hacı Əli Hüseynzadə küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində fəaliyyət göstərməyən işıqfor haqda məlumat vermişdik.