Gəncədə rəsm sərgisi keçirilib. Bu haqda 15 iyun tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Tədbir 2 saylı ASAN Xidmət Mərkəzində baş tutub. Dəyirmi masada ulu öndərin 15 iyun 1993-cü ildə hakimiyyətə gəlişi barədə məlumat verilib. Milli Qurtuluş Günü ilə əlaqədar təşkil olunan tədbir Heydər Əliyevə həsr olunan sərgi ilə tanışlıqla davam edib.
Gənclər Evinin direktoru Amil Qurbanov bildirib ki, burada gənclər tərəfindən çəkilmiş rəsmlər nümayiş olunacaq. Sərgi 2 gün ərzində 2 nömrəli ASAN Xidmət Mərkəzində davam edəcək.