Gəncədə tələbələrlə görüş baş tutacaq. Bu haqda 8 mart tarixində 1 saylı Mediasiya Təşkilatına istinadən məlumat veririk.
Mediasiya Şurasının növbəti görüşü 9 mart saat 11:00-da Gəncə Dövlət Universitetin keçiriləcək. Təşkilatın təsisçiləri Südabə Məmmədova və Kübra Ələkbərova universitetin müəllim və tələbə heyəti ilə görüşəcəklər. Tədbirin mövzusu “Daha yaxşı kommunikasiya üçün mediasiyanın effektivliyindən necə istifadə edə bilərik?” olacaq.
Görüş GDU-nun II korpusunda akt zalında təşkil olunacaq.