Gəncədə növbəti təlim təşkil olunacaq. Bu haqda 21 iyul tarixində Maarif Evinə istinadən məlumat veririk.
“Gənclər, vətənpərvərlik və özümüz” adlı seminar Gəncə Maarif Evində keçiriləcək. Tədbirdə təlimçi Xuraman Rövşən olacaq. Təlim 23 iyul saat 15:00-da baş tutacaq.
Burada vətənpərvərlikdən danışılacaq və gəncləri narahat edən məsələlər müzakirə olunacaq.