Gəncədə ödənişsiz dərslər təşkil olunacaq. Bu haqda 14 sentyabr tarixində Maarif Evinə istinadən məlumat veririk.
Rus dili dərsləri Maarif Evində keçiriləcək. Məşğələlər aztəminatlı ailələrin övladları üçün nəzərdə tutulub. Dərslər həftənin bazar günləri saat 14:00-da Aysu Mustafayeva tərəfindən aparılacaq.
Qeyd edək ki, Maarif Evi Mərkəzi kitabxananın yanında (keçmiş "Oksi Baby" mağazasının 3-cü mərtəbəsində) yerləşir.