Gəncədə aztəminatlı ailələrin övladları üçün dərslər keçiriləcək. Bu haqda 11 sentyabr tarixində Maarif Evinə istinadən məlumat veririk.
Tarix fənni üzrə məşğələlər Gəncə Maarif Evində təşkil olunacaq. Dərslər cümə (18:00), şənbə (16:30) və bazar (14:00) günləri Xuraman Ağayeva tərəfindən keçiriləcək.
Ətraflı məlumat üçün (055) 388 97 77 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Qeyd edək ki, Gəncə Maarif Evi Mərkəzi kitabxananın yanında (keçmiş "Oksi Baby" mağazasının 3-cü mərtəbəsində) yerləşir.