Gəncədə qəza zamanı zərər dəymiş işıqfor bərpa olunub. Bu haqda Gencexeber.az-a 13 iyun tarixində məlumat daxil olub.
Bir neçə gün öncə şəhərin Nizami prospektində baş verən avtoqəza barədə xəbər vermişdik. Sürücü ürəktutmadan idarəetməni itirmişdi. Nəticədə avtomobil səkidəki işıqfora çarpılmışdı.
Həmin vaxt əzilən işıqfor yenisi ilə əvəz olunub.
Xatırladaq ki, sürücü yerindəcə dünyasını dəyişmişdi.