Gəncədə kitabxanada tədbir baş tutub. Bu haqda 29 noyabr tarixində Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə istinadən xəbər veririk.
Uşaq yazıçısı Sevinc Nuruqızının “Ağca və Cubbulu” hekayəsinin müzakirəsi keçirilib. Tədbir Mərkəzi Kitabxananın Uşaq şöbəsində baş tutub. Burada bildirilib ki, müasir uşaq yazıçısının bütün hekayə və nağıllarında vətənpərvərlik, dosta sədaqət, böyüyə hörmət kimi xüsusiyyətlər uşaqlara elə onların anlayacağı dildə aşılanır.
Müzakirənin əsas məqsədi şagirdlərin mütaliə vərdişlərini təkmilləşdirmək, onlarda mütaliə mədəniyyətini formalaşdırmaq və məktəblilərin mütaliə fəallığını artırmaqdır.