Gəncədə bilik yarışı təşkil olunub. Bu haqda 2 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
"Xəmsə" intellektual yarışı "Məktəblinin dostu" layihəsi və Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub. Burada məktəblilərin bilikləri sınanıb.
Turnirin qalibi 39 nömrəli tam orta məktəbin "Optimist" komandası olub. İlk üç yerin sahibləri sertifikat və hədiyyələrlə təltif ediliblər.