Gəncədə təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub. Bu haqda 29 may tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 may - Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib. Məktəblərdə konfranslar, mühazirələr, “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar təqdim edilib. Tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib.
Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.