Gəncədə bir qrup şəxsə psixoloji yardım göstəriləcək. Bu haqda 13 iyun tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Aksiya Gənclər Evində təşkil olunur. Psixologiya kursunun əməkdaşı Günəş Seyfullahzadə müharibədən zərər çəkmiş sakinlərə, şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə ödənişsiz psixoloji yardım edəcək.
Ətraflı məlumat üçün (077) 375 74 76 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.