Gəncədə güclü yağış bir sıra fəsadlar törədib. Bu haqda Gencexeber.az-a 19 iyun tarixində məlumat daxil olub.
Ötən gün şəhər ərazisində leysan yağıb. Nəticədə Sadıllı və Poçt qəsəbələrini su basıb. Küçələr boyunca sel axmağa başlayıb. Sözügedən ərazilərdə piyada və nəqliyyatın hərəkəti çətinləşib.
Bundan başqa, bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilələr yaranıb. Yağış suları həyətlərə və binaların zirzəmilərinə dolub.
[modula id="39342"]