Gəncədə son çərşənbədə yığıncaq təşkil olunacaq. Bu haqda 10 mart tarixində “Tursh” kafesinə istinadən məlumat veririk.
14 mart Novruzun son çərşənbəsi olan Torpaq (İlaxır) Çərşənbəsi qeyd ediləcək. Həmin gün “Tursh kafe”də “Tonqal və musiqi axşamı” baş tutacaq. İştirakçılar tonqal ətrafına toplaşaraq canlı musiqi dinləyəcək, rəqs edəcək, yallı gedəcək, adətlərimizi yada salaraq söhbət edəcəklər. Burada manqal və samovar çayı da olacaq.
Yığıncaqda iştirak ödənişsizdir. Qatılmaq üçün ad, soyad və neçə insanın qatılacağını (055) 936 30 17 nömrəsinə yazaraq qeydiyyatdan keçmək lazımdır.