Gəncədə gömrük idarəsində sahibkarlarla görüş keçirilib. Bu haqda 9 avqust tarixində Dövlət Komitəsinə istinadən xəbər veririk.
Tədbirdə sahibkarlara yeni layihələr barədə məlumat verilib. Görüş xarici ticarətlə məşğul olanların təklif və rəylərinin öyrənilməsi, gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin daha da gücləndirilməsi məqsədilə təşkil edilib.
Burada gömrük sistemində aparılan təkmilləşdirilmələr, gömrük orqanlarının strateji hədəfləri, eyni zamanda tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması planlaşdırılan layihələr haqqında söhbət açılıb.
Həmçinin xarici ticarətlə məşğul olanlara “Məcburi Qərarlar”, “Elektron hesab səhifəsi”, “Yaşıl dəhliz” layihələrinin gömrük əməliyyatlarının, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi və asanlaşdırılması baxımından faydaları, onlardan istifadəsi oyrədilib.
Görüşün sonunda sahibkarların təklif və rəyləri dinlənilib və onların sualları cavablandırılıb.
[caption id="attachment_42208" align="alignnone" width="300"]
Foto customs.gov.az[/caption]