Gəncədə hərəkət tənzimləyiciləri fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 14 fevral tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində müşahidə olunur. Ərazidə yerləşən dörd işıqfordan heç biri işlək vəziyyətdə deyil.
Sürücülər bildirirlər ki, adıçəkilən kəsişmədə sıxlıq müşahidə edilir. Onların sözlərinə görə, ərazidə qəza şəraiti yaranır. Bu da sakinlərin narahatlığına səbəb olur.
[modula id="54810"]