Gəncədə Beynəlxalq Opera Festivalı çərçivəsində Kamera Orkestrinin konsert proqramı təşkil olunub. Bu haqda 2 may tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən Gəncə Dövlət Filarmoniyasında konsert keçirilib. Burada dirijor Xalq artisti Rafael Bayramovun rəhbərlik etdiyi Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Sevinc İbrahimova, Əməkdar mədəniyyt işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Ripalta Buffa, Samir Pişnamazzadə və digər istedadlı musiqiçilər tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa olunub.
Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənətinin yeni istedadlarının üzə çıxarılması və dəstəklənməsidir.