Gəncədə növbəti konsert təşkil olunacaq. Bu haqda 29 may tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına istinadən məlumat veririk.
Tədbir Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Burada Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovun rəhbərlik etdiyi Kamera Orkestri çıxış edəcək. Konsert 23 iyun tarixində saat 18:00-da başlayacaq.
Biletlərin qiyməti 4-8 manat arası dəyişir. Proqramda iştirak etmək istəyənlər biletləri filarmoniyanın kassalarından əldə edə bilərlər.