Gəncədə su və kanalizasiya sistemlərinin çəkilməsi üzrə işlər davam edir. Bu haqda Gencexeber.az-a 3 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Hacı Məhəmmədhüseyn Rəfiyev küçəsində (keçmiş İsrafil Məmmədov, 1-ci döngə) aparılır. Ərazidəki su və kanalizasiya sistemləri yeni çəkilmiş ana xəttə birləşdirilir.
İşlər səbəbindən yolun bir hissəsi torla hasara alınıb. Ərazidə canlı qüvvə və texnika çalışır.