Gəncədə yolun çökmüş hissəsi təmir olunur. Bu haqda Gencexeber.az-a 23 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Təbriz küçəsindən gedir. Burada avtomobil yolunun bir neçə hissəsində asfalt örtüyü çöküb. Əraziyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun çökmüş və yararsız hala düşmüş hissələri hamarlaşdırılır.
Bildirilib ki, daha sonra həmin yerlərə asfalt örtüyü salınacaq. Hazırda küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.