Gəncədə növbəti kommunal qəza aradan qaldırılır. Bu haqda Gencexeber.az-a 31 may tarixində məlumat daxil olub.
Sözügedən hadisə şəhərin Təbriz küçəsi, 187 ünvanında baş verib. Ötən gün ərazidə kanalizasiya borusu partlayıb. Nəticədə ətrafa çirkab sular axmağa başlayıb. Əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb edilib.
Qəza baş verən yer qazılıb və borunun təmir olunması üzrə işlər görülüb.