Gəncədə növbəti küçələr asfaltlanma üçün hazırlanır. Bu haqda Gencexeber.az-a 4 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin İmam Mustafayev, Xudadat bəy Rəfibəyli və Hüseyn Cavid küçələrində gedir. Burada canlı qüvvə və texnika çalışır. Adıçəkilən ilk iki küçədə yol səthi bərabərləşdirilir.
Hüseyn Cavid küçəsində isə köhnə asfalt örtüyü qaşınıb. Hər üç ərazidə asfaltlanma işləri aparılacaq.
[modula id="44417"]