Gəncədə sürücü hərəkət iştirakçılarına təhlükə yaradıb.
Avtosfer-in məlumatına əsasən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Söhbət 57-BD-880 dövlət nömrə nişanlı “VAZ-21013” markalı avtomobilin sürücüsündən gedir.
O, yolda sərt manevrlər edərək qəza riski yaradıb. Əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda “drift” edib. Bu zaman o, özüylə yanaşı videonu qeydə alan maşını və yolun kənarındakı piyadanı təhlükəyə atıb.
Digər görüntüdə isə, sürücü işıqfora məhəl qoymadan qırmızıda keçib.