Göygöldə avtomobil piyadaları vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərin A.Kazımov küçəsində, "Aişə" restoranının qarşısında baş verib. Məntiq İlyas oğlu Mehdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - Mətanət Arif qızı Əliyeva və Maral İsmayıl qızı Nəcəfovanı vurub.
Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb.