Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 12 mart tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. “Kia” və “Toyota” markalı avtomobillər hərəkətdə olan zaman toqquşub. Nəticədə onlardan biri yoldan çıxaraq aşıb.
Qəza zamanı 1 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.