Bu gün şəhid Rəşad Babayevin doğum günüdür.
Rəşad İlham oğlu Babayev 15 mart 1999-cu ildə Gəncədə anadan olub. 2016-cı ildə 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. 2018-ci ildə o, həqiqi hərbi xidmətə yollanıb.
Vətən müharibəsi zamanı Rəşad hərbi təlimlərə çağırılıb. O, Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Rəşad İlham oğlu Babayev 9 noyabr 2020-ci ildə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 21 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.