Bu gün şəhid Arzu Ələsgərovun doğum günüdür.
Arzu Kamil oğlu Ələsgərov 12 sentyabr 1965-ci ildə Gəncədə anadan olub. 44 saylı orta məktəbi bitirib. Tula şəhərində hərbi xidmətdə olub. O, Əfqanıstanda vuruşub.
Arzu Ələsgərov könüllü surətdə cəbhəyə gedib. O, sərrast pulemyotçu idi. Xocavəndin Əmralılar kəndində döyüşüb.
Arzu Kamil oğlu Ələsgərov 9 may 1992-ci il tarixində Əmralılar kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.