Gəncədən olan şəhid ailələri Şuşaya səfər ediblər. Bu haqda Gencexeber.az-a 26 iyun tarixində məlumat daxil olub.
Səfər 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar təşkil olunub. Gəncə ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan şəhid valideynləri Şuşaya yollanıblar. Onlar burada qədim şəhərin görməli yerlərini gəziblər.
Sonda şəhidlərin fotoşəkilləri ilə xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, səfərdə Gəncədən onlarla şəhid ailə üzvü olub.
[modula id="39764"]