Gəncədə heyvansevərlər üçün master-klas təşkil olunacaq. Bu haqda 15 avqust tarixində "Creative Lab" İnstagram səhifəsinə istinadən xəbər veririk.
"Dörd ayaq, bir quyruq" adlı ustad dərsi avqustun 19-u baş tutacaq. Burada küçə heyvanları üçün yem qabları dizayn olunacaq. Növbəti mərhələdə isə şəhər gəzintisi və hazırlanan qablarda su, yemlər yerləşdiriləcək.
Master-klas ödənişlidir. Əldə olunan gəlir qab, ləvazimat və qidaların alınması üçün xərclənəcək.
Qatılmaq istəyənlər (055) 886 51 95 nömrəsi ilə əlaqə saxlaya və ya rəy, mesaj bölməsinə yaza bilərlər.