Gəncədə konsert təşkil olunub. Bu haqda 8 mart tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Tədbir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub. Heydər Əliyevin 100 illiyinə həsr olunan konsertdə Uşaq-Gənclər İnkişaf Məktəbinin yetirmələri çıxış ediblər.
Onlar milli rəqslər, ansamblın ifasında musiqi nömrələri, xalq çalğı alətlərində musiqilər təqdim ediblər. Şagirdlərin ifasında bəstəkarların əsərlərindən parçalar səsləndirilib.