Gəncədə film təqdimatı təşkil olunub. Bu haqda 8 dekabr tarixində Şəhər İcra Hakimiyyətinə istinadən xəbər veririk.
“Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı filmin təqdimatı keçirilib. Burada ümummilli liderin şəhərimizə olan bağlılığı, onun danılmaz xidmətləri və incəsənət xadimlərinin xatirələri əks olunub.
Ekran işinin ideya müəllifi və rejissoru filarmoniyanın direktoru Əməkdar artist Ramil Qasımovdur. Təqdimatda bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.