Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 9 avqust tarixində Gencexeber.az APA-ya istinadən xəbər verir.
Yaşlı kişi prospektdə yolu keçən zaman onu “VAZ-2107” markalı avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.